• 1 Oktyabr 2022
logo
Azərbaycanda Hindistan ştammına rast gəlinməyib - TƏBİB

Azərbaycanda Hindistan ştammına rast gəlinməyib - TƏBİB

Azərbaycanda Hindistan ştammının aşkarlanması ilə bağlı fakta rast gəlinməyib.

Bunu Trend-in sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildiriblər.

Məlumatda qeyd edilir ki, hazırkı dövrə qədər ölkədə belə bir fakt qeydə alınmayıb : "Hələ ki, ölkəmizdə Hindistan ştammının yayılması ilə bağlı rəsmi məlumat yoxdur. Bununla bağlı hər hansı bir məlumat olduqda ictimaiyyətə açıqlanacaq".