• 2 Dekabr 2023
logo
Prokurorluq bəraət alaraq azadlığa çıxan idarə rəisi ilə bağlı protest verib

Prokurorluq bəraət alaraq azadlığa çıxan idarə rəisi ilə bağlı protest verib

Prokurorluq “Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanova verilən bəraət hökmündən protest verib.

APA xəbər verir ki, protest Bakı Apelyasiya Məhkəməsində hakim Faiq Qasımovun icraatında araşdırılır.

Bakıda qəzaya uğrayan avtomobil yanıb, sürücü döyülüb - FOTO
100 nəfər prokurorluq orqanlarında qulluğa qəbul edilib
Bakı Ağır Cinayətlər Məhkəməsinin daha bir hakimi koronavirusa yoluxub
Məhkəmənin ilkin baxış iclası keçirilib, növbəti iclası mayın 18-ə təyin edilib.

Qeyd edək ki, “Bakılift -2” İxtisaslaşdırılmış İstehsalat İdarəsinin sabiq rəisi Ruslan Dilanov dövlət büdcəsindən yaşayış binalarında 71 ədəd liftin yenidən quraşdırılması və əsaslı təmiri üçün ayrılan 2 milyona yaxın vəsaiti mənimsəməkdə ittiham edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən onun barəsində bəraət hökmü çıxarılıb və məhkəmə zalından azadlığa buraxılıb.