• 5 Oktyabr 2022
logo
"Twitter" istifadəçilərə bəxşiş ödəməyə imkan yaradıb

"Twitter" istifadəçilərə bəxşiş ödəməyə imkan yaradıb

"Twitter"bir sıra istifadəçi üçün müxtəlif pullu xidmətlərə görə bəxşiş ödəmək imkanı yaradıb.

Bu barədə şirkətin məhsul üzrə meneceri Ester Krouford öz bloqunda yazıb.

TRACECA-nın Azərbaycan hissəsində yükdaşımalar 22% azalıb
Çində ölkədaxili sərnişin aviadaşımaları pandemiyadan əvvəlki həcmi ötüb
Azərbaycan peyki üzərindən internet xidməti platforması istifadəyə verilib
"Bəyənmələr, retvitlər və izləyicilərdən başqa, sizin qarşılıqlı dəstəyinizi daha asan etmək istəyirik. Bu gün "Tip Jar"– bəxşiş ("çay pulu") almaq və göndərmək üçün yeni imkanı təqdim edirik", - Krouford bildirib.

İndi bir sıra istifadəçi pul köçürə biləcəyi xidmətlər və tətbiqlərin siyahısını öz hesabına bağlaya bilər.

Xidmət hazırda "Twitter"in ingilis dilində olan versiyasında məhdud qrup istifadəçilər üçün mövcuddur. Qeyd olunur ki, bu qrup yaradıcı insanlar, jurnalistlər, mütəxəssislər və qeyri-kommersiya təşkilatlarından ibarətdir.

Şirkətin məhsul üzrə meneceri əlavə edib ki, "Tip Jar"ı hesablarına bağlaya biləcək istifadəçilər dairəsi tezliklə genişlənəcək və bu xidmət ingilis versiyası ilə məhdudlaşmayacaq.