• 12 İyul 2025
logo
Qəbələdə minik avtomobillərə toqquşub, ölən var

Qəbələdə minik avtomobillərə toqquşub, ölən var

Qəbələ rayonunun Savalan kəndində “Mercedes” və “VAZ” markalı iki minik avtomobilinin toqquşması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1961-ci il təvəllüdlü Yusifova Vilayət Baxış qızının meyitini deformasiyaya uğrayan "VAZ" markalı minik avtomobilindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.