• 3 Oktyabr 2022
logo
Bakıda güclü külək TIR-ı aşırdı

Bakıda güclü külək TIR-ı aşırdı

Bakıda yük avtomobili küləyin təsirindən aşıb.

Trend-in məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu, Sahil qəsəbəsində baş verib.

Güclü külək qəsəbə ərazisində "Saloni" Mebel mağazasının qarşısında dayanan ağırtonlu yük avtomobili güclü küləyə tab gətirməyərək aşıb. Hadisə nəticəsində avtomobilə ciddi ziyan dəyib.