• 13 İyul 2025
logo
Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin nəşi tapılıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, Vətən müharibəsinin ilk günlərindən itkin düşən və axtarışları davam edən müddətdən artıq xidmət edən hərbi qulluqçu, 1990-cı il təvəllüdlü Mingəçevir sakini Tağıyev Pərviz Hafiz oğlunun nəşi Suqovuşan-Tərtər istiqamətində aşkar edilib.

Mingəçevir şəhər İcra Hakimiyyətindən APA-ya bildirilib ki, şəhid bu gün saat 14.00-da Mingəçevir Şəhidlər xiyabanında dəfn olunacaq.