• 11 Dekabr 2023
logo
Evdə köməksiz qalan azyaşlı belə xilas edildi

Evdə köməksiz qalan azyaşlı belə xilas edildi

Ötən gün Fövqəladə Hallar Nazirliyi tərəfindn 5 halda köməksiz vəziyyətdə qalma hadisəsi qeydə alınıb. Bu barədə Trend-ə qurumdan bildiriblər. Qeyd olunub ki, daha 1 nəfərin süni göldə batması faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir. Ötən sutka ərzində 1-i azyaşlı olmaqla 6 nəfər xilas edilib, 2 nəfərin meyiti isə aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.