• 6 İyul 2025
logo
Şəkidə qadını şantaj edən şəxs tutulub

Şəkidə qadını şantaj edən şəxs tutulub

Şəkidə qadını şantaj edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Şəki Şəhər Rayon Polis Şöbəsinə müraciət edən gənc qadın mayın 3-də tanışının onun şəkil və videolarını sosial şəbəkədə yayacağı ilə hədələyib qızıl bilərzik və üzüyünü aldığını bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Birinci Biləcik kənd sakini T.Əhmədov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.