Dövlət Sərhəd Xidməti (DSX) tərə¬¬findən dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi və qeyri-leqal miq¬rasiya qarşı mübarizə sahəsində əməliyyat-axtarış və sərhəd müha¬fizə tədbirləri davam etdirilir.
DSX-dən verilən məlumata görə, xidmət əməkdaşlarının sayıq¬lığı və pe¬¬¬¬şəkarlığı nəticəsində 2 nə¬fər Əlcəzair vətəndaşı tərəfindən dövlət sərhədinin pozulmasının qar¬şısı alın¬ıb.
Bu gün DSX-nin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində Qax rayonunun Lələli kəndinin ərazisindəki sərhəd zastavasının xidməti sahəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edərkən Əlcəzair vətəndaşları 1995-ci il təvəllüdlü Bouremad İshak və 1991-ci il təvəllüdlü Boulekroune Farouq sərhəd pozucusu qismində saxlanılıblar.
Saxlanılan şəxslərin 25 sentyabr 2019-cu il tarixdə rəsmi qay¬dada Türkiyə Respublikasından İstanbul-Bakı reysi ilə Azərbay¬can Respubli¬kasına gəlmələri müəyyən olunmuşdur. Araşdırma zamanı Əlcəzair vətəndaş¬ları dövlət sərhədini pozaraq Gürcüstana, oradan isə Türkiyəyə və Avropa ölkələrinə keçmək niyyətində olduqlarını bildiriblər.
Fakt üzrə əmə¬liy¬yat-istintaq tədbirləri davam etdirilir.