• 5 İyul 2025
logo
Daşkəsəndə evdə partlayış olub, xəsarət alanlar var

Daşkəsəndə evdə partlayış olub, xəsarət alanlar var

Daşkəsənin Zəylik kəndində evdə qaz partlayışı olub.

APA-nın qərb bürosunun xəbərinə görə, nəticədə 1972-ci il təvəllüdlü Vəliyeva Yaqut Vəli qızı və övladı 1997-ci il təvəllüdlü Vəliyev İsa Əkrəm oğlu yanıq xəsarətləri alıb.

Hər iki şəxs xəstəxanaya yerləşdirilib. Vəziyyətləri orta ağırdır.