Salyanda evdə 32 yaşlı qadının meyiti aşkar edilib.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan şəhərində evdə Cəlilabad sakini, 1989-cu il təvəllüdlü Quliyeva Fatimə Yusif qızının meyiti tapılıb. Meyit müayinə olunmaq üçün Salyan morquna yerləşdirlib. Onun hansı şəraitdə öldüyü hüquq-mühafizə orqanları tərəfindən araşdırlır.