• 22 Mart 2023
logo
Bakıda qadını şantaj edərək pul tələb edən keçmiş məhkum tutulub

Bakıda qadını şantaj edərək pul tələb edən keçmiş məhkum tutulub

Bakıda qadını şantaj edən keçmiş məhkum tutulub.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsi 19-cu Polis Şöbəsinə müraciət edən Masallı rayon sakini olan bir qadın aprelin 27-də tanışının onun şəkillərini sosial şəbəkədə paylaşacağı ilə hədələyib 200 manat pul tələb etməsini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Neftçala rayon sakini, əvvəllər məhkum olunmuş E.Sultanov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.