• 30 Noyabr 2021
logo
Ağdamda 62 yaşlı qadını ilan sancıb

Ağdamda 62 yaşlı qadını ilan sancıb

Ağdamda 62 yaşlı qadını ilan sancıb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Mirəşelli kəndində baş verib.

Kənd sakini Rəhimova Qönçə Qaçay qızı həyətdə alaq otu təmizləyərkən ilan onun sol əlinin bilək nahiyəsindən sancıb. Q.Rəhimova Ağdam Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb. Ona ilan zəhəri əleyhinə zərdab vurulub, vəziyyəti orta-ağırdır.