• 21 Aprel 2025
logo
Azad Rəhimov dəfn edilib

Azad Rəhimov dəfn edilib

Sabiq gənclər və idman naziri Azad Rəhimov bu gün dəfn olunub.

APA-nın əməkdaşının verdiyi məlumata görə, sabiq nazir II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimi pandemiya səbəbindən məhdud çərçivədə keçirilib.

Mərasimə, əsasən, mərhumun ailə üzvləri və yaxınları qatılıb.

Baş nazir Əli Əsədov da dəfndə iştirak edib.

Qeyd edək ki, bir müddətdir, ABŞ-da xərçəng xəstəliyindən müalicə olunan A. Rəhimov 57 yaşında vəfat edib.