• 13 İyul 2025
logo
Bakıda tarixi binanın üzərində olan qanunsuz tikili sökülür

Bakıda tarixi binanın üzərində olan qanunsuz tikili sökülür - CANLI

Bakıda tarixi binanın üzərində olan əlavə tikili Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sökülür.

Trend-in məlumatına görə, Nəsimi rayonu, 28 may küçəsindəki tarixi binanın üzərində olan əlavə tikinti sökülür. Sözügedən bina 1908-ci ildə inşa edilib.

Bina Azərbaycan ərazisində dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxildir.