• 30 Noyabr 2021
logo
Azərbaycanda ilkin əlilliyə çıxma halları 50 faiz azalıb

Azərbaycanda ilkin əlilliyə çıxma halları 50 faiz azalıb

“Son 3 ildə saxta əlilliyin qarşısının alınması, ləğv edilməsi, ekspertiza işinin şəffaf və qanun çərçivəsində aparılması sahəsində ölkəmizdə yaxşı nəticələr əldə edilib”.

APA-nın məlumatına görə, bunu bu gün Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən dinləmədə komitə sədri Musa Quliyev bildirib.

Komitə sədri deyib ki, aparılan məqsədyönlü fəaliyyət sayəsində ilkin əlilliyə çıxma halları 50 faiz azalaraq 26 min 326 nəfərdən 13 min 276 nəfərə enib.