Azərbaycan və Ermənistanı Minaların Qadağan Olunması haqqında Ottava Konvensiyasına qoşulmağa çağırırıq.
APA-nın xəbərinə görə, bunu Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə keçirilən vebinarda BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Qulam İshaqzai deyib.
O qeyd edib ki, məcburi köçkünlərin azad olunmuş ərazilərə qayıdışı təhlükəsiz yaşayış şəraitinin yaradılması ilə birbaşa əlaqəlidir.