• 7 Dekabr 2024
logo
Taleh Yüzbəyovun adı 50 minlik saxta yarışda hallanır

Taleh Yüzbəyovun adı 50 minlik saxta yarışda hallanır

Aktyor Taleh Yüzbəyov dələduzların qurbanı olub.

BiG.AZ xəbər verir ki, o, İnstaqram hesabının hekayə bölümündə bunla bağlı paylaşım edib. O bildirib ki, onun adından istifadə edərək yalançı yarış keçirilir:

"Sosial şəbəkələrdə kimsə adımdan səhifə açıb, yarışlar keçirir. 50 min manat da pul mükafatı verir. Sizdən xahiş edirəm, bu cür oyunlara qoşulmayasınız. Bu işlə heç bir əlaqəm yoxdur. Həmin insanı şəxsən tanıyan varsa, ona xəbədarlıq edin ki, belə şey olmaz. Bu qədər söyüş və təhqirlə yaşamaq asan deyil. Söyüş sahibi olmasın"./Axşam.az