• 8 Dekabr 2021
logo
Haitidə ağır yol qəzası baş verib: 21 ölü

Haitidə ağır yol qəzası baş verib: 21 ölü

Haitinin mərkəzi hissəsində yerləşən Vilyamson yaşayış məntəqəsi yaxınlığında iki şəhərlər arası avtobus toqquşub.

Trend-in məlumatına görə, hadisə nəticəsində azı 21 nəfər həlak olub və çox sayda insan yaralanıb.

Məlumata əsasən, yaralılar xəsatəxanaya yerləşdirilib və onlardan bir neçəsinin vəziyyəti ağır dəyərləndirilir.

Bildirilir ki, qəza avtobus sürücülərindən birinin ötmə əməliyyatını yerinə yetirərkən qarşı zolağa çıxması nəticəsində baş verib.