• 6 Dekabr 2021
logo
Bakıda velosipedçini avtomobil vurub

Bakıda velosipedçini avtomobil vurub

Bakının Xəzər rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

APA xəbər verir ki, hadisə Şüvəlan qəsəbəsində baş verib.

Yolu keçən velosipedçi 1990-cı il təvəllüdlü Zülfüqarov Şəmkir İnətulla oğlunu minik avtomobil vurub. Ş.Zülfüqarov komatoz vəziyyətində xəstəxanaya yerləşdirilib.