• 4 Dekabr 2021
logo
Bakıda gənc naməlum şəxs tərəfindən bıçaqlandı

Bakıda gənc naməlum şəxs tərəfindən bıçaqlandı

Bakının Yasamal rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Nəsirov Fariz Zahid oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı hadisə şahidlərinin köməkliyi ilə 3 nömrəli kliniki tibbi mərkəzə yerləşdirilib.

O, əməliyyat olunub. Həkimlər onun vəziyyətini ağır kimi qiymətləndirir.