• 26 Noyabr 2020
logo
Azərbaycanda hakimliyə namizədlərin seçimi Avropanın ən mütərəqqi üsulları ilə həyata keçirilir - Nazir

Azərbaycanda hakimliyə namizədlərin seçimi Avropanın ən mütərəqqi üsulları ilə həyata keçirilir - Nazir

Azərbaycan vəkilliyi zəngin və keşməkeşli inkişaf yolu keçib. Bu məhkəmə-hüquq sistemində əvəzsiz rolu olan vəkillik Prezident İlham Əliyevin rəhbərliyi ilə islahtlar aparılaraq təkmil struktura çevrilib.
Bunu Ədliyyə naziri Fikrət Məmmədov deyib.
Nazir bildirib ki, Azərbaycan Vəkillər Kollegiyası məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasında və hakimlərin seçki komitəsində təmsil olunur: “Azərbaycanda hakimliyə namizədlərin seçimi Avropanın ən mütərəqqi üsulları ilə həyata keçirilir. Təsadüfi deyil ki, Avropa İttifaqı və Avropa Şurası bu prosesi yerində izləməklə ən şəffaf prosedur kimi dəyərləndirib və digər Avropa ölkələrinə tövsiyə edib”.
F.Məmmədov qeyd edib ki, bu gün Ədliyyə Nazirliyi Vəkillər Kollegiyası ilə sıx əməkdaşlıq edir.