• 8 Dekabr 2024
logo
"Skyworth" televizorlarında casus proqram aşkarlanıb

"Skyworth" televizorlarında casus proqram aşkarlanıb

"Skyworth" televizorlarının sahibləri tərəfindən casus aktivlik aşkar edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzi məlumat yayıb.

Bildirilir ki, tədqiqatçılar bu məqsədlə televizorlara xüsusi "Gozen Data" proqramının quraşdırıldığını iddia edirlər. Zərərverici proqramın Wi-Fi-ya qoşulmuş IP ünvanlarını, MAC ünvanlarını və cihazların adlarını toplayaraq gz-data.com platformasına ötürməsi müəyyən olunub.

"Skyworth"un nümayəndələri məlumat toplanmasını casusluq üçün deyil, yalnız kommersiya məqsədilə olunduğunu iddia edirlər.

Qeyd edək ki, Çin brendi olan "Skyworth" televizorları Azərbaycan bazarında da təklif olunur.