• 8 Dekabr 2021
logo
Gürcüstanda koronavirusa yoluxanların sayı 307 mini ötüb

Gürcüstanda koronavirusa yoluxanların sayı 307 mini ötüb

Gürcüstanda son sutka ərzində yeni növ koronavirus (COVID-19) infeksiyasına 1551 yoluxma halı qeydə alınıb, 17 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 307 401, xəstəlikdən ölənlərin sayı isə 4 077 nəfərə çatıb.

Koronavirusa yoluxanlardan 288 816 nəfərin sağaldığı bildirilir.