• 29 Noyabr 2021
logo
Ermənistanda COVID-19-dan ölənlərin sayı 4071 nəfərə çatıb

Ermənistanda COVID-19-dan ölənlərin sayı 4071 nəfərə çatıb

Ermənistanda son sutkada yeni növ koronavirus (COVID-19) infeksiyasına 808 yeni yoluxma qeydə alınıb.

APA-nın "Sputnik Armenia"ya istinadən verdiyi xəbərə görə, ölkədə infeksiyaya yoluxanların ümumi sayı 214 872 nəfərə çatıb.

Son sutka ərzində virusdan 13 ölüm halı qeydə alınıb. Bununla da Ermənistanda indiyədək koronavirusdan ölənlərin ümumi sayı 4071 nəfərə yüksəlib.