• 14 May 2025
logo
Bakıda sərnişin avtobusdan yıxılaraq ağır xəsarət alıb

Bakıda sərnişin avtobusdan yıxılaraq ağır xəsarət alıb

Bakının Yasamal rayonunda bədbəxt hadisə zamanı bir nəfər ağır xəsarət alıb.

Hadisə metronun "Nizami" stansiyasının qarşısındakı dayanacaqda baş verib.

1999-cu il təvəllüdlü Yusif Dadaşov 65 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusundan düşmək istəyən zaman nəqliyyat vasitəsi hərəkətə keçib. Bu zaman o yıxılıb. Y.Dadaşov sol ayağının sınığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib.