• 3 Dekabr 2021
logo
H.Əliyev adına AAHM-in kursantları Hərbi Qənimətlər Parkında olublar

H.Əliyev adına AAHM-in kursantları Hərbi Qənimətlər Parkında olublar

Azərbaycan Ordusunda şəxsi heyətə vətənpərvərlik hisslərinin aşılanması, gənclərdə hərbi vətənpərvərliyin tərbiyə edilməsi məqsədilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının Hərbi Qənimətlər Parkına ziyarəti təşkil olunub. Müdafiə Nazirliyindən verilən məlumata görə, kursantlar 44 günlük Vətən müharibəsində düşməndən qənimət götürülən hərbi texnika və sursatlarla tanış olublar. Sonda azad olunan ərazilərdən qənimət götürülən üzərində "Qarabağ Azərbaycandır!" yazısı yazılmış 2 mindən çox avtomobilin nömrə nişanlarından ibarət lövhə önündə xatirə fotosu çəkdirilib.