• 18 May 2025
logo
“Səhranın bəyaz günəşi”nin Qara Abdullası vəfat edib

“Səhranın bəyaz günəşi”nin Qara Abdullası vəfat edib

Tanınmış gürcü aktyoru Kaxa Kavsadze 85 yaşında vəfat edib.

APA-nın yerli bürosunun xəbərinə görə, bu barədə Rustaveli Teatrı məlumat yayıb.

Qeyd edək ki, ötən ilin noyabrında COVID-19 diaqnozu qoyulan aktyorda ikitərəfli pnevmoniya aşkarlanıb. Bir müddət öncə o müalicə alması üçün Tbilisidə Birinci Universitet Klinikasına yerləşdirilib.
Xatırladaq ki, 1935-ci ildə anadan olan aktyor 1959-cu ildə Şota Rustaveli Teatr İnstitutundan məzun olub. Onun film debütünü 1950-ci illərdə edib. Bir sıra teatr tamaşalarında və filmlərdə rollar alan K. Kavsadze tamaşaçıların yaddaşında daha çox “Səhranın bəyaz günəşi” filmində canlandırdığı Qara Abdulla obrazı ilə qalıb.