• 3 Dekabr 2021
logo
Rəşad Nəbiyev: "Azərbaycan Kosmik Agentliyi ölkədə kosmik fəaliyyət sahəsində idarəetməni təkmilləşdirəcək"

Rəşad Nəbiyev: "Azərbaycan Kosmik Agentliyi ölkədə kosmik fəaliyyət sahəsində idarəetməni təkmilləşdirəcək"

“Azərkosmos” ASC-nin Azərbaycan Respublikasının Kosmik Agentliyinə çevrilməsi dünyada gedən sürətli texnoloji tərəqqidən ölkənin daha çox faydalanması və ölkədə kosmik fəaliyyət sahəsində idarəetmənin təkmilləşdirilməsinə xidmət edəcək.

"APA-Economics" xəbər verir ki, bu barədə Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev "Twitter" hesabında yazıb.

Nazir əlavə edib ki, bu Fərman, eyni zamanda, dövlət və ictimai əhəmiyyət daşıyan funksiyaların daha effektiv həyata keçirilməsinə, Azərbaycanın beynəlxalq kosmik layihələrdə iştirakına və beynəlxalq təşkilatlar, xarici dövlətlərin aidiyyəti dövlət və özəl qurumları ilə əməkdaşlığına yeni nəfəs gətirəcək.