• 28 Noyabr 2021
logo
Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir, saxlanılanlar var

Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir, saxlanılanlar var

Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirilir.

APA-nın məlumatına görə, hüquq-mühafizə orqanlarının bu gün səhər keçirdiyi əməliyyat zamanı rayon İcra hakimiyyətinin bəzi vəzifəli şəxslərinin saxlanıldığı bildirilir.

Qeyd edək ki, Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirildiyi barədə məlumat ilk olaraq sosial şəbəkələrdə yayılıb.