• 6 Dekabr 2024
logo
Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində yükdaşıma üzrə işçi qrup yaradıla bilər

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində yükdaşıma üzrə işçi qrup yaradıla bilər

Azərbaycanda dövlət-özəl tərəfdaşlığı çərçivəsində müvafiq dövlət qurumları, avtomobil beynəlxalq yükdaşıma şirkətlərinin nümayəndələri və bu sahə üzrə ictimai birliklərin təmsil olunduğu işçi qrupun yaradılması məqsədəuyğundur.

“APA-Economics”in məlumatına görə, bunu İqtisadiyyat Naziri Mikayıl Cabbarov avtomobil nəqliyyatı vasitəsilə beynəlxalq daşımalarda iştirak edən yerli şirkətlərlə görüşü zamanı deyib.

O, görüş iştirakçılarını fəal müzakirələrə, açıq dialoqa dəvət edib.

Nazir qeyd edib ki, ölkədə son dövrlərdə qeyri-neft sektoru üzrə ixrac, idxal və tranzit dövriyyələrinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir ki, bu da öz növbəsində, beynəlxalq yükdaşımaların həcminin artmasına müsbət təsir göstərir. İqtisadiyyatın inkişafında, qarşıya qoyulmuş hədəflərə nail olunmasında infrastruktrun əhəmiyyətli rol oynadığını qeyd edən Mikayıl Cabbarov yükdaşımalar bazarında rəqabətin böyük olduğunu, yerli şirkətlərin rəqabətə davamlılığının artırılmasının vacibliyni bildirib.

Nazirin sözlərinə görə, yükdaşımalarda avtonəqliyyat vasitələri ilə daşımalar böyük yer tutur. Avtonəqliyyat vasitəsi ilə beynəlxalq yük daşıyan yerli şirkətlərin bu sahədə payının artırılması üçün mühüm addımlar atılması zəruridir.