"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) "Əsaslı Tikinti və Texniki Nəzarət" MMC-si yenidən təşkil olunur və adı dəyişdirilir.
Bu barədə "APA-Economics" Dövlət Vergi Xidmətinin "Vergilər" qəzetində yerləşdirilən elana istinadən xəbər verir.
Məlumata görə, MMC "Dəmiryolservis" MMC-nin, "5 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin, "11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-nin, "ADY Servis" MMC-nin və "Əsaslı Təmir" MMC-nin ona qoşulması nəticəsində yenidən təşkil olunur, adı isə dəyişdirilərək "ADY Tikinti" MMC adlandırılır.