• 4 İyul 2025
logo
Ucarda bıçaqlanma hadisəsi olub

Ucarda bıçaqlanma hadisəsi olub

Ucarda bıçaqlanma hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, gecə saatlarında rayonun Lək kənd sakini, 1993-ci il təvəllüdlü Aslan Fərman oğlu Həsənli aralarında yaranmış münaqişə zəminində həmkəndlisi, 1966-cı il təvəllüdlü Rövşən Vəzir oğlu Vəzirovu bıçaqlayıb. Qarın nahiyəsindən 2 bıçaq xəsarəti alan R.Vəzirov Ucar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Hadisəni törədən A.Həsənli tutularaq istintaqa təhvil verilib. Faktla bağlı araşdırma aparılır.