• 8 Dekabr 2021
logo
Moskva-Bakı reysi ilə uçan təyyarə təcili eniş edib

Moskva-Bakı reysi ilə uçan təyyarə təcili eniş edib

Moskva-Bakı reysi ilə uçan təyyarə Mineralnıy Vodı aeroportuna təcili eniş edib.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə hava limanından TASS-a bildirilib.

“Aeroflot” aviaşirkətinə məxsus təyyarə sərnişinlərdən birinin səhhətinin pisləşməsinə görə Mineralnıy Vodı hava limanına enib. Halı pisləşən sərnişin Minvodda qalıb.

Daha sonra təyyarə Bakıya uçub.