• 29 Noyabr 2020
logo
Bərdədə maşın ağaca çırpıldı - 2 ölü

Bərdədə maşın ağaca çırpıldı - 2 ölü

Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində yol-nəqlliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, oktyabrın 3-də saat 1 radələrində Bərdə rayonunun Soğanverdilər kəndi ərazisində Ağcabədi rayon sakini İ.Ağayev idarə etdiyi “VAZ-2107” markalı avtomobili yolun kənarındakı ağaca vurub. Nəticədə sürücü və 3 sərnişini xəstəxanaya yerləşdirilib.
Sərnişinlərdən həmyerliləri Emin Məmmədov və Elgün Kərimov orada ölüb
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.