• 23 Sentyabr 2023
logo
Nazir: "Bakı Metropoliteni" üçün ən çox kadrı Memarlıq və İnşaat Universiteti hazırlayıb

Nazir: "Bakı Metropoliteni" üçün ən çox kadrı Memarlıq və İnşaat Universiteti hazırlayıb

Azərbaycanda "Bakı Metropoliteni" QSC üçün ən çox kadrı Memarlıq və İnşaat Universiteti hazırlayıb.
Bunu təhsil naziri Ceyhun Bayramov deyib.
Onun sözlərinə görə, nazirlik peşə təhsilinə xüsusi diqqət göstərir:

"Bu vaxta qədər adıçəkilən universitet bakalavr və magistr pilləsi üzrə "Bakı Metropoliteni" üçün 2000-dən artıq ixtisaslı kadr hazırlayıb".

Nazir bildirib ki, növbəti illərdə də nazirlik "Bakı Metropoliteni" ilə əməkdaşlığın inkişafında maraqlıdır.