• 19 Mart 2024
logo
Vaksinasiya prosesində nöqsanlara yol verən daha 2 nəfər işdən azad edildi

Vaksinasiya prosesində nöqsanlara yol verən daha 2 nəfər işdən azad edildi

Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi vaksinasiya prosesində neqativ halların qarşısının alınması ilə bağlı görülən tədbirlərlə bağlı birgə məlumat yayıb.

Trend-ə daxil olan birgə məlumatda bildirilir ki, “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq ölkə ərazisində peyvəndləmə prosesi dövlət hesabına könüllü şəkildə davam edir.

Qeyd edək ki, vaksinasiya prosesində yol verilən neqativ halların qarşısını almaq məqsədi ilə aidiyyəti qurumlar tərəfindən araşdırmalar davam etdirilmişdir. Araşdırmaların nəticəsi olaraq Bakı şəhəri üzrə 14 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında çalışan 2 nəfər işdən kənarlaşdırılmış və onların əmək müqavilələrinə xitam verilmişdir. Faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edilmişdir.

Xatırladaq ki, bundan əvvəl vaksinasiya prosesini pozan ümumilikdə 12 nəfər işdən kənarlaşdırılmış və onların əmək müqavilələrinə xitam verilmişdir. Bir daha nəzərinizə çatdırırıq ki, göstərilmiş halların qarşısını almaq məqsədi ilə araşdırmalar davam edir və hüquq pozuntusuna yol verən tibb işçiləri haqqında müvafiq tədbirlər görüləcək.