• 17 Yanvar 2025
logo
"Azərbaycan Dəmir Yolları" Bakı-Sumqayıt qatarını gecikdirən SƏBƏBİ açıqladıv

"Azərbaycan Dəmir Yolları" Bakı-Sumqayıt qatarını gecikdirən SƏBƏBİ açıqladıv

Bakı-Sumqayıt-Bakı qatarının hərəkətində ləngimə yaranıb.
Bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətindən (QSC) bildiriblər.
Gecikməyə səbəb Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq olub:
"Bu gün Keşlə stansiyasında yan qidalandırıcı xətdə texniki nasazlıq yarandığından Bakı-Sumqayıt-Bakı marşrutu ilə hərəkət edən elektrik qatarlarının hərəkətində qısa ləngimə olub. Nəticədə 6008 və 6010 saylı qatarlar qrafikdən çıxıb. Operativ tədbirlər nəticəsində 25 dəqiqə ərzində nasazlıq aradan qaldırılıb. Hazırda Bakı-Sumqayıt-Bakı marşrutu ilə elektrik qatarları cədvəl üzrə hərəkət edir".