• 4 Dekabr 2021
logo
Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var

Füzulidə avtomobil aşıb, ölən və xəsarət alanlar var

Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, rayonun Üçbulaq kəndi ərazisində Abşeron rayon sakini C. Tanrıquliyev idarə etdiyi “Mitsubishi-Pikap L 200” markalı avtomobili aşırıb.

Qəza nəticəsində sürücü hadisə yerində ölüb, xəsarət alan 5 sərnişin xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.