• 6 Dekabr 2021
logo
Suqovuşan və Talışkəndə işıq çəkilişi üçün ərazi minalardan təmizlənir

Suqovuşan və Talışkəndə işıq çəkilişi üçün ərazi minalardan təmizlənir - FOTO

Suqovuşan və Talışkəndə enerjinin təhükəsiz şəraitdə çəkilməsi üçün, xətt gedəcəyi ərazi minalardan təmizlənir.

Trend-in Qarabağ bürosunun məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı Şahin Allahverdiyev deyib.

O əlavə edib ki, Tərtər rayonundan Suqovuşan və Talışkəndə gedən yolda ərazidən tapılmış müxtəlif təyinatlı piyada və tank əleyhinə minalar aşkar olunaraq partladılıb.