• 28 Mart 2024
logo
Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakıda iki avtomobil toqquşub, xəsarət alan var

Bakının Yasamal rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

“VAZ 2107” markalı avtomobil “Opel” markalı nəqliyyat vasitəsinə çırpılıb. Zərbənin gücündən “Opel” əks yola çıxıb. Qəza nəticəsində “Opel”də olan bir nəfər xəsarət alıb.