• 29 Mart 2024
logo
Avropa İttifaqı Şurasının Prezidenti Gürcüstandadır

Avropa İttifaqı Şurasının Prezidenti Gürcüstandadır

Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel Gürcüstanda səfərdədir.

APA-nın yerli bürosu xəbər verir ki, o, səfər çərçivəsində Gürcüstanın Prezidenti Salome Zurabişvili, Baş nazir İrakli Qaribaşvili və parlamentin sədri Arçil Talakvadze ilə, həmçinin müxalifət liderləri ilə görüşlər keçirəcək.

Ş. Mişelin sabah səhər Gürcüstanı tərk edəcəyi bildirilib.

Qeyd edək ki, ötən gün Gürcüstan Prezidentinin Orbeliani sarayında hakim "Gürcü Arzusu" Partiyası müxalifət partiyaları və liderləri arasında siyasi böhrandan çıxmaqla bağlı razılaşma imzalanıb. "Gürcüstanın gələcək yolu" adlı sənəd siyasi tərəflərə Aİ Şurası Prezidenti Şarl Mişel tərəfindən təqdim edilib. Ş. Mişel sənədin imzalanmasını Gürcüstanda siyasi böhrana son qoyulması kimi qiymətləndirib.