• 27 Noyabr 2020
logo
“Koroğlu” metrostansiyasının yaxınlığında oğurluğa cəhdin qarşısı alınıb

“Koroğlu” metrostansiyasının yaxınlığında oğurluğa cəhdin qarşısı alınıb

Metronun “Koroğlu” stansiyasının yaxınlığında bir nəfərə zor tətbiq edib qol saatını almağa cəhd göstərən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 1-də saat 20 radələrində metronun “Koroğlu” stansiyasının yaxınlığında bir nəfərə zor tətbiq edib qol saatını almağa cəhd göstərən şəxs ərazidə xidmət aparan Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Onun Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş T.İsmayılov olması müəyyən edilib. T.İsmayılov araşdırma aparılması üçün Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə təhvil verilib.