• 25 Aprel 2024
logo
Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var

Göygöldə iki avtomobil toqquşub, xəsarət alanlar var

Göygöldə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yeni Qıcılca kəndində qeydə alınıb. “VAZ 21015” markalı minik maşını "VAZ 2106" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.