• 8 Dekabr 2024
logo
İranda koronavirusdan ölənlərin sayı 67 mini keçib

İranda koronavirusdan ölənlərin sayı 67 mini keçib

İranda ötən sutka ərzində 398 nəfər koronavirusdan (COVID-19) ölüb.

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Onun sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 67 130 nəfərə yüksəlib.
S. Lari deyib ki, ölkədə ötən 24 saat ərzində 24 346 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 2 261 435 nəfərə çatıb.