• 21 Noyabr 2019
logo
add image
Azərbaycan və İran arasında dəniz ticarətinin təhlükəsizliyi müzakirə edilib

Azərbaycan və İran arasında dəniz ticarətinin təhlükəsizliyi müzakirə edilib

Azərbaycan Xəzər dənizində İranın hərbi dəniz qoşunları ilə bütün səviyyələrdə konstruktiv əməkdaşlıq aparır.
Bunu Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov İranın Bəndər-Abbas limanında İran HDQ-nin birinci bölgə üzrə komandanı 2-ci dərəcəli kapitan Müctəba Məhəmmədi ilə görüşündə bildirib.
Z.Hümmətov əlavə edib ki, gələcəkdə Azərbaycan və İran əməliyyat və təlim sahəsində daha effektiv əməkdaşlıq edəcək.
M.Məhəmmədi isə bildirib ki, Xəzər dənizində, Fars və Oman körfəzlərində ticarət donanmasının təhlükəsizliyini təmin etmək İran Hərbi Dəniz Qüvvələrinin öhdəsindədir.
Qeyd edək ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) komandanı vəzifəsini icra edən 1-ci dərəcəli kapitan Zaur Hümmətov İranın Hərbi Dəniz Qoşunlarının komandanı admiral Hüseyn Xanzadinin rəsmi dəvəti ilə İrana səfər edib.