• 29 Mart 2024
logo
Bakıda 4 avtomobil toqquşub, 3 nəfər ağır xəsarət alıb

Bakıda 4 avtomobil toqquşub, 3 nəfər ağır xəsarət alıb

Bakının Nərimanov rayonunda 4 avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində, “Bağırov körpüs”ü kimi tanınan tuneldə qeydə alınıb.

Prospektlə hərəkətdə olan 2 "Toyota", "Opel", "Daewoo" markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində 1-i ağır olmaqla, 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Qəza səbəbindən yolun hər iki istiqamətində sıxlıq yaranıb.

Əraziyə DYP və təcili tibbi yardım briqadaları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.