• 26 Aprel 2024
logo
Ötən il Azərbaycanda insan alverinin qurbanı olanların sayı açıqlanıb

Ötən il Azərbaycanda insan alverinin qurbanı olanların sayı açıqlanıb

Ötən il Azərbaycanda 94 nəfərin insan alveri qurbanı olduğu müəyyən edilib.

APA-nın xəbərinə görə, Azərbaycanın İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorunun 2020-ci il üzrə illik məlumatında bildirilir ki, müəyyən edilmiş 94 insan alveri qurbanından (89 qadın, 3 kişi, 3 uşaq) 93-ü Azərbaycan vətəndaşı, 1-ci isə əcnəbi (Rusiya vətəndaşı) olub.

Onlardan 81-i cinsi istismar məqsədi ilə Türkiyə Respublikasına, 4-ü Birləşmiş Ərəb Əmirliklərinə aparılıb, 9-u ölkə daxilində məcburi əməyə məruz qalıb.