• 21 Noyabr 2019
logo
add image
Rusiyadan qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb

Rusiyadan qanunsuz yolla gətirilən mobil telefonlar aşkarlanıb

Şimal Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Xanoba" gömrük postunda Rusiya Federasiyası istiqamətindən idxal gömrük nəzarət xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mercedes Benz V220" markalı avtomobil saxlanılıb və gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin ön sərnişin oturacağının altından gömrük nəzarətindən gizlədilən 1 ədəd "İphone XS Max Space Gray 64 GB" və salonun ön panelinin hava filteri üçün nəzərdə tutulan yerin arxasında olan boşluqlardan 2 ədəd "İphone XS Max Space Gray 256 GB", 1 ədəd İphone XS Max Gold 256 GB", 1 ədəd "İphone XS Max Space Gray 64 GB" markalı mobil telefonlar aşkarlanıb.
Faktlarla bağlı araşdırma aparılır.