Beyləqan rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə Mingəçevir-Bəhrəmtəpə yolunun 158-ci kilometrliyində, yolun Beyləqan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Beyləqan rayon sakini, 1981-ci il təvəllüdlü Şükürov Səbuhi Ərşad oğlu idarə etdiyi "Kamaz 511" markalı 11 BE 127 dövlət nömrə nişanlı avtomobillə Mingəçevir istiqamətində hərəkətdə olarkən yolu keçən 1974-cü il təvəllüdlü Hüseynov Namiq Allahverdi oğlunu vurub. N.Hüseynov aldığı zəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı cinayət işi başlanıb.